Tramp 2028-ci il seçkiləri üçün Rubio və Vens arasında seçim edir

ABŞ Prezidenti Donald Tramp 2028-ci il seçkiləri üçün potensial namizədlər kimi Marko Rubio və Cey Di Vensi nəzərdən keçirir. Tramp Rubioya böyük rəğbət göstərir və onu qələbəyə yaxın hesab edir.

33

ABŞ Prezidenti Donald Tramp 2028-ci il prezident seçkilərində namizədini öz administrasiyasından seçmək istəyir. “The Wall Street Journal”-ın məlumatına görə, Tramp Respublikaçı Partiyadan potensial namizədlər kimi vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionu xüsusi olaraq qeyd edib. Nəşrin bildirdiyinə görə, tədbir iştirakçıları Rubio üçün daha qabarıq alqışlar səsləndirib.

Eyni zamanda, siyasətçilərə yaxın mənbələr onların dost olduqlarını vurğulayır. Rubio isə bir neçə dəfə açıqlayıb ki, Vens ilə rəqabət aparmaq niyyətində deyil; Vens isə qəzeti məlumatına görə, “ən mümkün namizəd” kimi qiymətləndirilir.

Buna baxmayaraq, Trampın böyük rəğbəti Rubioya yönəlib — onu həm ictimaiyyət qarşısında, həm də şəxsi söhbətlərində tərifləyir və onun qələbə şansının yüksək olduğunu vurğulayır.