“The Economist”in İran üz qabığı diqqət çəkdi: nə mesaj verilir?

“The Economist” jurnalının İranla bağlı yeni üz qabığı müzakirə yaradıb. Simvolik illüstrasiyanın Tehranın strateji mövqeyi ilə bağlı gizli mesaj verdiyi bildirilir.

40

Dünyaca məşhur “The Economist” jurnalının İranla bağlı yeni üz qabığı geniş müzakirələrə səbəb olub. Üz qabığında barmağında İran bayrağı təsviri olan üzük taxılmış nəhəng bir əl dünya xəritəsini bükülmüş vəziyyətdə saxlayır. Nəşr bu vizualın fonunda İranın ağır zərbələrə baxmayaraq strateji baxımdan tam zəifləmədiyi mesajının verildiyini yazır. 

Məqalədə bildirilir ki, jurnal ABŞ-İsrail ittifaqı ilə İran arasında artan qarşıdurmanı təhlil edərək, mövcud mənzərədə üstünlüyün gözlənildiyi kimi tam şəkildə Tehranın əleyhinə formalaşmadığını önə çəkib. Yazıda İran rejiminin ciddi itkilər və intensiv hücumlara baxmayaraq ayaqda qalmasının belə, müəyyən mənada siyasi və strateji nəticə kimi təqdim edildiyi vurğulanır.

“The Economist” xüsusilə ABŞ prezidenti Donald Trampın İranın enerji infrastrukturuna zərbələrlə bağlı planlarını bazar təzyiqi səbəbilə təxirə salmasını diqqətə çatdırıb və bunu “U dönüşü” kimi xarakterizə edib. Nəşr hesab edir ki, bölgədə artan hərbi təzyiq İran daxilində zəifləmə yaratmaq əvəzinə, daha sərt xətt tərəfdarlarının mövqeyini gücləndirə bilər.

Materialda Hörmüz boğazının vəziyyəti də əsas mövzulardan biri kimi təqdim olunur. Yazıya görə, boğazın faktiki bağlanma həddinə gəlməsi neft və qaz daşımalarına ciddi risk yaradır və bu da qlobal enerji bazarlarında təzyiqi artırır. Belə şəraitdə Körfəz ölkələrinin bir tərəfdən müharibənin genişlənməsini istəmədiyi, digər tərəfdən isə daha aqressiv İrandan narahat olduğu vurğulanır.

Beləliklə, üz qabığındakı simvolika yalnız estetik seçim deyil, eyni zamanda geosiyasi mesaj kimi şərh olunur. “The Economist” bu illüstrasiya ilə İranın təkcə müdafiədə olmadığını, həm də yaranmış böhran fonunda rəqiblərinə qarşı müəyyən strateji manevr imkanları qazandığını anlatmağa çalışır.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
12 aprel 2026