“The Economist”dən Çin qapağı: “Napoleon taktikası” gündəmdə

“The Economist”in yeni üz qabığında Tramp və Si Cinpin yer alıb. Analizdə Çinin İran müharibəsi fonunda ABŞ-ın səhvlərini izləyən “Napoleon taktikası” seçdiyi vurğulanır. 

27

Dünyaca məşhur “The Economist” jurnalının yeni üz qabığı beynəlxalq müzakirələrə səbəb olub. “Sözcü“-nün yazdığına görə, 4–10 aprel tarixli sayın qapağında ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin yer alıb. Başlıqda isə Napoleona aid edilən “Düşmən səhv edərkən heç vaxt müdaxilə etmə” ifadəsinə istinad olunub. 

Məqalədə bildirilir ki, jurnal İran müharibəsi fonunda ABŞ-ın hərbi addımlarını yalnız regional müdaxilə kimi yox, eyni zamanda Çini zəiflətməyə yönəlmiş daha geniş strategiyanın hissəsi kimi təqdim edir. Lakin “The Economist”in analizinə görə, Pekin bu prosesi Vaşinqton üçün strateji səhv kimi qiymətləndirir və vəziyyəti məsafədən izləməyi üstün tutur.

Nəşr yazır ki, dərginin hazırladığı təhlildə Çinli diplomatlar, akademiklər və yüksəkvəzifəli şəxslərlə aparılan söhbətlərə əsasən, Pekin ABŞ-ın Yaxın Şərqdə daha çox zəifləməsini gözləyən xətt seçib. Analizdə bu yanaşma “Napoleon prinsipi” kimi xarakterizə olunur: rəqib səhv edərkən onu dayandırmağa çalışmamaq.

Beləliklə, qapaq təkcə estetik və ya simvolik seçim kimi deyil, həm də Çinlə ABŞ arasındakı qlobal rəqabətin yeni mərhələsini izah edən siyasi mesaj kimi dəyərləndirilir. Məqalənin əsas xətti ondan ibarətdir ki, Pekin İran müharibəsində birbaşa önə çıxmaq əvəzinə, Vaşinqtonun geosiyasi yüklənməsini səssiz şəkildə izləməyi daha sərfəli hesab edir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930