2025-ci ildə təqaüdçülər üçün ən yaşanılacaq ölkələr açıqlandı — siyahının lideri Portuqaliyadır

2025 Qlobal Təqaüd Hesabatına əsasən, təqaüdçülər üçün dünyanın ən yaşanılacaq ölkəsi Portuqaliyadır. Siyahıda Mavriki, İspaniya və Uruqvay da ön sıralarda yer alıb.

108

“Global Citizen Solutions” tərəfindən hazırlanmış 2025 Qlobal Təqaüd Hesabatında təqaüdçülərin yaşayış keyfiyyəti, təhlükəsizlik səviyyəsi və iqtisadi üstünlükləri nəzərə alınaraq dünyada təqaüdçülər üçün ən ideal ölkələr müəyyən edilib.

Hesabatda 92,61 xal toplayan Portuqaliya birinci yerə çıxıb. CNBC-e-nin məlumatına görə, 20 fərqli meyar əsasında qiymətləndirmə aparılıb və ölkələr vətəndaşlıq prosedurları, yaşayış xərcləri, vergi üstünlükləri, sosial inteqrasiya, təhlükəsizlik və səhiyyə xidmətləri kimi altı əsas istiqamət üzrə təhlil edilib.

Nəticələrə əsasən, Avropa ölkələri təqaüdçülər üçün həyat keyfiyyəti baxımından dünyanın ən cəlbedici bölgələri arasında yer alıb. Diqqətçəkən məqam isə ABŞ-ın ilk 10-luğa daxil olmamasıdır.

2025-ci ildə təqaüdçülər üçün ən ideal ölkələr:

  1. Portuqaliya – 92,61 xal

  2. Mavriki – 89,24 xal

  3. İspaniya – 88,52 xal

  4. Uruqvay – 88,05 xal

  5. Avstriya – 87,92 xal

  6. İtaliya – 87,42 xal

  7. Sloveniya – 87,30 xal

  8. Malta – 87,00 xal

  9. Latviya – 86,97 xal

  10. Çili – 86,44 xal

Mütəxəssislərin fikrincə, Portuqaliyanın liderliyini təmin edən əsas amillər mülayim iqlim şəraiti, aşağı yaşayış xərcləri, təhlükəsiz mühit və xarici təqaüdçülərə təqdim olunan vergi güzəştləri olub.