Tehranda ticarət mərkəzində yanğın – ÖLƏNLƏR VAR

İranın Tehran yaxınlığındakı “Arğavan” ticarət mərkəzində baş verən güclü yanğın nəticəsində 11 nəfər ölüb, 26 nəfər xəsarət alıb. Hadisənin səbəbi araşdırılır.

İranın paytaxtı Tehran yaxınlığında yerləşən “Arğavan” ticarət mərkəzində baş verən güclü yanğın nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. İran dövlət televiziyasının məlumatına görə, hadisə zamanı daha 26 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 

Məlumatı yerli “Entekhab” nəşrinə istinadən təqdim edirik.

Yanğın Tehranın qərb hissəsində, Şəhriyar bölgəsinin Əndişə şəhərində yerləşən ticarət kompleksində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürmə və təcili tibbi yardım qüvvələri cəlb olunub, alovun söndürülməsi üçün əməliyyat bir neçə saat davam edib. Yerli rəsmilərin bildirdiyinə görə, xəsarət alanların bir qismi xəstəxanalara aparılıb, bir qismi isə ambulator qaydada müalicə olunub.

Hadisənin ilkin mərhələsində ölən və yaralananlarla bağlı müxtəlif rəqəmlər açıqlanmışdı. “Reuters” İran dövlət mediasına istinadən əvvəlcə azı 8 nəfərin öldüyünü, 36 nəfərin yaralandığını, AP isə Tehran təcili yardım xidmətinə istinadən 8 ölü və 40 yaralı olduğunu bildirmişdi. Daha sonra yerli mənbələr ölənlərin sayının 11 nəfərə yüksəldiyini açıqlayıb.

Yanğının başvermə səbəbi hələlik müəyyən edilməyib. İran mediasının məlumatına görə, aidiyyəti qurumlar hadisə ilə bağlı araşdırma aparır. Daha əvvəl bəzi yerli mənbələr binanın üzlük materiallarının alovun sürətlə yayılmasına təsir göstərmiş ola biləcəyini bildirmişdi.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.