Tehranda hərbi postda olan 11 yaşlı uşaq öldü

"Hengaw" bildirir ki, Tehranda nəzarət-keçid məntəqəsində olan 11 yaşlı Əlirza Cəfəri hava zərbəsi zamanı həlak olub. Hadisə azyaşlıların hərbi vəzifələrə cəlbi ilə bağlı narahatlığı artırıb.

181

Tehranda azyaşlının hərbi xarakterli fəaliyyətə cəlb olunması ilə bağlı ciddi iddia gündəmə gəlib. “Hengaw” İnsan Haqları Təşkilatının məlumatına görə, 11 yaşlı Əlirza Cəfəri Tehranda nəzarət-keçid məntəqəsində olduğu zaman hərbi obyektlərə yönəlmiş hava zərbəsi nəticəsində ölüb. Təşkilat bildirir ki, bu hadisə İran İnqilab Keşikçiləri Korpusunun uşaqları və yeniyetmələri hərbi və mühafizə tapşırıqlarına cəlb etmə çağırışlarından sonra qeydə alınıb. 

“Hengaw” yazır ki, Əlirza Cəfəri beşinci sinif şagirdi olub və “kadr çatışmazlığı” səbəbilə atası tərəfindən post məntəqəsinə aparılıb. Təşkilatın istinad etdiyi məlumata görə, uşağın anası dövlətə bağlı “Hamshahri” qəzetinə açıqlamasında bunu təsdiqləyib. “Hengaw” həmçinin Bəsic Müəllimlər Təşkilatının 11 yaşlı uşağın Arteş şossesindəki postda “xidmət başında” dron hücumu nəticəsində öldüyünü təsdiqlədiyini qeyd edir.

Bu hadisədən iki gün əvvəl “Hengaw” ayrıca xəbərdarlıq yayaraq SEPAH-ın Tehrandakı “Məhəmməd Rəsulullah” korpusunun “Vətənin müdafiəçiləri, İran uğrunda döyüşçülər” adlı kampaniya başladığını və 12 yaşdan yuxarı şəxslərin “əməliyyat, dəstək, logistika və post patrulu” fəaliyyətləri üçün qeydiyyata çağırıldığını bildirmişdi. Təşkilat bunu “uşaqlara qarşı sistemli cinayət” kimi qiymətləndirib.

“Hengaw” beynəlxalq qurumlara, o cümlədən BMT və UNICEF-ə çağırış edərək uşaqların hərbi rollara cəlb olunmasının qarşısının alınması üçün daha güclü hüquqi və diplomatik təzyiq göstərilməsini istəyib. Təşkilat xatırladır ki, Cenevrə Konvensiyaları və Roma Statutuna görə uşaqların silahlı strukturlarda istifadəsi ciddi beynəlxalq hüquq pozuntusu sayılır.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.