TƏBİB-in icraçı direktoru işdən çıxarıldı

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Müşahidə Şurasının qərarı ilə vəzifəsindən azad olunub. Maliyyə yoxlamaları zamanı milyonlarla manatlıq pozuntu aşkarlandığı bildirilir.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib.

MSNews.az xəbər verir ki, qərar TƏBİB-in Müşahidə Şurası tərəfindən qəbul olunub. Əldə edilən məlumata görə, V.Qurbanovun vəzifədən azad olunması TƏBİB-də aparılan maliyyə yoxlamalarının nəticələri ilə bağlıdır. Yoxlamalar zamanı qurumda ciddi maliyyə pozuntularının, o cümlədən milyonlarla manat vəsaitin mənimsənilməsi ilə bağlı faktların aşkarlandığı bildirilir.

Xatırladaq ki, **Maliyyə Nazirliyi**nin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB-də yoxlamalara 2025-ci ilin sentyabr ayından etibarən başlayıb.

Qeyd edək ki, Vüqar Qurbanov 8 sentyabr 2022-ci ildə TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilmişdi. Hazırda quruma rəhbərlik müvəqqəti olaraq icraçı direktorun müavini Anar İsrafilova həvalə olunub.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.