TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib.
MSNews.az xəbər verir ki, qərar TƏBİB-in Müşahidə Şurası tərəfindən qəbul olunub. Əldə edilən məlumata görə, V.Qurbanovun vəzifədən azad olunması TƏBİB-də aparılan maliyyə yoxlamalarının nəticələri ilə bağlıdır. Yoxlamalar zamanı qurumda ciddi maliyyə pozuntularının, o cümlədən milyonlarla manat vəsaitin mənimsənilməsi ilə bağlı faktların aşkarlandığı bildirilir.
Xatırladaq ki, **Maliyyə Nazirliyi**nin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB-də yoxlamalara 2025-ci ilin sentyabr ayından etibarən başlayıb.
Qeyd edək ki, Vüqar Qurbanov 8 sentyabr 2022-ci ildə TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilmişdi. Hazırda quruma rəhbərlik müvəqqəti olaraq icraçı direktorun müavini Anar İsrafilova həvalə olunub.