Tarqovuda yanğın: Vətəndaşlar binadan təxliyə edildi

Bakının mərkəzində, “Tarqovu” ərazisində yanğın baş verib. FHN qüvvələri hadisə yerinə cəlb olunub, binadakı vətəndaşlar təhlükəsiz əraziyə təxliyə edilib.

135

Bakının mərkəzində, “Tarqovu” kimi tanınan ərazidə yerləşən binada yanğın baş verib.

MSNews.az xəbər verir ki, hadisə Səbail rayonunun Yusif Məmmədəliyev küçəsində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın barədə məlumat daxil olduqdan sonra Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

FHN-in Mətbuat xidmətinin açıqlamasında bildirilib ki, əməliyyata Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri də cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar FHN əməkdaşları tərəfindən təhlükəsiz əraziyə təxliyə ediliblər.

Hadisə yerində yanğınsöndürmə tədbirləri davam etdirilir. Yanğının başvermə səbəbi, dəymiş ziyanın miqyası və xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.