Tarixdə ilk dəfə: Yaponiya birjası kəskin çöküş yaşadı

Orta Şərqdə artan gərginlik qlobal maliyyə bazarlarını sarsıdıb, Yaponiya birjasında əsas indeks Nikkei 225 bir gün ərzində 7,7 faiz düşərək son illərin ən böyük enişlərindən birini qeydə alıb.

303

Orta Şərqdə artan hərbi gərginlik qlobal maliyyə bazarlarında ciddi dalğalanma yaradıb və bu vəziyyət xüsusilə Asiya fond bazarlarında özünü göstərib, xüsusilə, ən böyük zərbəni isə Yaponiya birjası alıb.

Tokioda əsas fond indeksi olan Nikkei 225 bir gün ərzində 7,7 faiz dəyər itirərək son illərin ən sərt enişlərindən birini yaşayıb. Analitiklərin fikrincə, bu kəskin düşüş investorların geosiyasi risklərdən qaçaraq daha təhlükəsiz aktivlərə yönəlməsi ilə bağlıdır.

Ekspertlər bildirirlər ki, Orta Şərqdəki münaqişələrin genişlənməsi ehtimalı enerji qiymətlərinin artması, beynəlxalq ticarət yollarının risk altına düşməsi və qlobal iqtisadi artımın zəifləməsi ilə bağlı narahatlıqları artırıb. Bu isə investorların riskli aktivlərdən sürətlə çıxmasına səbəb olub.

Gərginlik təkcə Yaponiyanı deyil, ümumilikdə Asiya bazarlarını da təsirləndirib. Regionda bir çox indekslərdə satış dalğası müşahidə olunur və investorların ehtiyatlı davranışı bazarlarda yüksək volatilliyə səbəb olub.

Maliyyə analitikləri hesab edir ki, geosiyasi risklər davam edərsə, qlobal fond bazarlarında dalğalanmaların yaxın dövrdə də davam etməsi mümkündür.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.