Suriya Prezidenti Ahmed Əş-Şaara “X” sosial media platformasında rəsmi hesab açaraq ilk paylaşımını edib və ölkəsinə tətbiq olunmuş Sezar sanksiyalarının ləğv edilməsində dəstək verən liderlərə təşəkkür edib.
ABŞ Konqresi 17 dekabr tarixində Suriya üzərinə tətbiq edilmiş sanksiyaların daimi şəkildə aradan qaldırılması qərarını qəbul etmiş, ardınca isə ABŞ Prezidenti Donald Tramp bu qərarı özündə sanksiyaların götürülməsini də əhatə edən 2026-cı il Milli Müdafiə Səlahiyyət Qanununu imzalamışdır.
Şaara, “X” platformasında yayımladığı ilk mesajda bu qərarı “məmnunluqverici” adlandıraraq, onun müharibədən ağır ziyan görmüş ölkədə investisiyaların artmasına yol açacağını bildirib.
Prezident Şaara Donald Trampla yanaşı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani və Səudiyyə Ərəbistanı şahzadəsii Məhəmməd bin Salmana göstərdikləri dəstək üçün təşəkkürünü ifadə edib.