Suriya Prezidenti Əhməd əş-Şaraa BƏƏ lideri Məhəmməd bin Zayed ilə regional vəziyyəti müzakirə etdi

Əhməd əş-Şaraa ilə Məhəmməd bin Zayed Al Nahyan arasında baş tutan telefon danışığında bölgədəki son proseslər, Suriyaya dəstək və BƏƏ-nin yenidənqurma prosesində rolu müzakirə olunub.

29

Suriya Prezidenti Əhməd əş-Şaraa, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Al Nahyan ilə telefon danışığı aparıb. Danışıq zamanı bölgədəki son siyasi və təhlükəsizlik inkişafları, eləcə də Suriyaya göstərilən dəstək məsələləri müzakirə olunub.

Suriya Prezident Administrasiyasının yaydığı açıqlamaya görə, liderlər regional proseslərlə yanaşı, iki qardaş ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Görüşdə siyasi dialoqun dərinləşdirilməsi və ikitərəfli münasibətlərin yeni mərhələyə daşınması məsələləri xüsusi vurğulanıb.

Telefon danışığı zamanı həmçinin Suriyanın yenidənqurma prosesi, bu prosesdə BƏƏ-nin mümkün töhfələri, eləcə də ölkədə investisiya imkanlarının genişləndirilməsi mövzuları gündəmə gətirilib. Tərəflər iqtisadi əməkdaşlığın artırılmasının Suriyada sabitliyə və inkişaf prosesinə müsbət təsir göstərə biləcəyini qeyd ediblər.