Dəri və saçların rəngi melanin hormonundan asılıdır. Melanosit hüceyrələri dərinin dərin qatlarında yerləşir.
Onlar xüsusi saç kökü kisəciklərində olur, əgər baş dərisi, saçlar güclü günəş şüasından, ultrabənövşəyi şüalanmadan zərər görürsə, yanırsa, zədələnirsə, melanositlər kisəcikdən çıxaraq, yuxarı qat dəriyə kimi gələrək dərini və saç diblərini bərpa etməyə başlayır.
Nyu York Universitetinin alimləri stresdən saçların ağarması və tökülməsinin də səbəbini bu hüceyrələrin aktivliyində tapıblar. Belə ki, güclü stres zamanı melanositlərin kök hüceyrələri kisəcikdən çıxaraq, əsas yerini tərk edir və yuxarıya kömək üçün tələsir. Bu zaman melanositlərin sayı, ehtiyatı tükənir. Ona görə bir müddət davamlı stres keçirənlərin sonradan saçları daha zəif və ağ çıxır. Belə ki, melanositlərin tərkibində olan Mc1 zülalı stres hormonlarına cavab verir. Halbuki stress zamanı insanın baş dərisi, saç dibi zərər görmür , amma həyəcan siqnalı hüceyrələrə verilir.
Güclü qorxu və stres zamanı bütün bədənə stres hormonlarının sıçraması ilə saç rənginə cavabdeh olan kök hüceyrələrinin azalması, ölümü baş verir. Həyatında davamlı stres yaşayan insanların melonisitləri tükənir və çıxan saçları daha rənglənmir.
Bu proses vitiliqo xəstələrində də eynilə gedir. Ola da bilir ki, güclü stresdən sonra vitiliqo yaranır. Çünki artıq həmin insanda piqmentasiyaya cavabdeh olan melanositlərin kök hüceyrələrinin ehtiyatı tükənmiş olur.