“SpaceX” süni intellekt şirkəti “xAI”-ni satın aldı

İlon Maskın rəhbərlik etdiyi "SpaceX" süni intellekt startapı "xAI"-ni öz tərkibinə qatdı. Birləşmə kosmos əsaslı süni intellekt və texnoloji innovasiyaları hədəfləyir.

35

ABŞ-li milyarder İlon Maskın sahibi olduğu kosmik və aviasiya şirkəti “SpaceX”-in süni intellekt sahəsində fəaliyyət göstərən “xAI” startapını öz tərkibinə daxil etdiyi açıqlanıb.

Vaşinqtondan yayılan xəbərə görə, “SpaceX”-in rəsmi internet saytında İlon Maskın imzası ilə dərc olunan açıqlamada “xAI”-nin “bəşəriyyətin gələcəyini sürətləndirmək” məqsədilə “SpaceX”-ə qoşulduğu bildirilib. Açıqlamada qeyd olunub ki, bu birləşmə nəticəsində süni intellekt, raket texnologiyaları, kosmos əsaslı internet, mobil cihazlara birbaşa əlaqə imkanları, eləcə də dünyanın aparıcı real vaxtlı məlumat və ifadə azadlığı platformasını əhatə edən şaquli inteqrasiya olunmuş innovasiya ekosistemi formalaşdırmaq hədəflənir.

Bəyanatda vurğulanır ki, mövcud süni intellekt texnologiyalarının böyük ölçüdə quru üzərində yerləşən nəhəng məlumat mərkəzlərindən asılılığı var və bu mərkəzlər yüksək enerji istehlakı və güclü soyutma sistemləri tələb edir. Bu səbəbdən uzunmüddətli perspektivdə kosmos əsaslı süni intellekt texnologiyalarının əhəmiyyəti xüsusi qeyd olunub.

Açıqlamada bu qədər resurs tələb edən süni intellekt fəaliyyətlərinin kosmosa daşınmasının “yeganə məntiqli həll yolu” olduğu bildirilib.

Qeyd edək ki, ABŞ mətbuatında ötən həftə yayımlanan məlumatlarda “SpaceX” və “xAI”-nin bu ilin sonlarına doğru planlaşdırılan iri həcmli ilkin səhmlərin yerləşdirilməsi (IPO) ərəfəsində birləşmə ilə bağlı danışıqlar apardığı yazılmışdı. Həmin xəbərlərdə birləşmə nəticəsində formalaşacaq şirkətin ümumi bazar dəyərinin təxminən 1,25 trilyon dollar səviyyəsində qiymətləndirilə biləcəyi qeyd olunmuşdu.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.