Skott Bessant: “Siçanlar batan gəmini tərk edir”

ABŞ Xəzinə rəhbəri Skott Bessantın İranla bağlı sərt açıqlaması: “Rejim daxilində narahatlıq artıb, liderlər aktivləri xaricə çıxarır”. İran iqtisadi və siyasi böhranı dünya ictimaiyyətinin diqqət mərkəzindədir.

15

ABŞ Xəzinə Nazirliyinin rəhbəri Skott Bessant İranla bağlı sərt və diqqət çəkən bəyanat verib. O bildirib ki, İran iqtisadiyyatındakı dərindən problemlər və siyasi gərginlik fonunda ölkə rəhbərliyi xaricə böyük məbləğdə pul ötürür və bu, rejimin daxilində “siçanların gəmini tərk etməsi” kimi təsvir edilir.

Bessan ABŞ-ın İran liderlərinin ölkə xaricinə aktivlərini çıxartdığını izlədiyini və bu prosesin ölkə daxilində baş verən iqtisadi və sosial böhranla əlaqəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, İran rialının dəyər itirməsi, inflyasiyanın artması və iqtisadi çətinliklər artıq yalnız əhalini deyil, həm də rejim daxilini narahat edir.

Bu açıqlama ABŞ və İran arasında gərginliyin davam etdiyi bir zamanda səsləndirilib. Son aylarda İranın bir çox şəhərində iqtisadi narazılıqlar səbəbindən başlayan etirazlar daha geniş siyasi qarşıdurmalara çevrilib və bu, Tehranın sərt repressiyalarına səbəb olub.

Bessant həmçinin bildirb ki, ABŞ Xəzinə Nazirliyi bu pul axınlarını izləyir və xaricə çıxarılan aktivlərin mənbəyini müəyyən etməyə çalışır, bununla da rejimin daxilində yaranan narahatlıq və ehtiyatların qorunması cəhdləri barədə siqnallar əldə etdiyini qeyd edib.

Bu açıqlama İranın daxili vəziyyəti və iqtisadi çətinlikləri haqqında beynəlxalq ictimaiyyətin gözündə rejimin mövqeyinin zəiflədiyi ilə bağlı diskussiyaları daha da alovlandırır.