Şirin Ebadi: “İran rejimi zəifləyib, gələcək Rza Pəhləvinindir”

Nobel laureatı Şirin Ebadi bildirib ki, müharibədən sonra İran rejimi zəifləyib və ayətullahlar yaxın zamanda yeni etiraz dalğası ilə üzləşə bilər. O, İranın gələcəyini Rza Pəhləvi ilə əlaqələndirib. 

7

Nobel Sülh Mükafatı laureatı, 2009-cu ildən Londonda sürgündə yaşayan iranlı hüquqşünas Şirin Ebadi bildirib ki, müharibə başlayandan sonra İrandakı rejim ciddi şəkildə zəifləyib.

Onun sözlərinə görə, ayətullahlar bu müharibədən sağ çıxsalar belə, yaxın perspektivdə genişmiqyaslı etirazlarla üzləşə bilərlər.

Şirin Ebadi qeyd edib ki, İran daxilində hakimiyyətin dayaqları əvvəlki qədər güclü görünmür və mövcud vəziyyət ölkədə yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Ebadi, həmçinin, İranın gələcəyinin Rza Pəhləvi ilə bağlı olduğunu bildirib və onu ölkənin gələcək siyasi siması kimi qiymətləndirib.

Qeyd edək ki, Şirin Ebadi son illərdə İran hakimiyyətini sərt tənqid edən çıxışları ilə diqqət çəkib. “Reuters” daha əvvəl onun İran rəhbərliyini “kağız pələng” adlandırdığını və rejimin zəiflədiyini dediyini yazıb. Eyni zamanda, mart ayında Rza Pəhləvi Şirin Ebadinin keçid ədaləti üzrə komitəyə rəhbərlik edəcəyini açıqlayıb.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026