Simeone “Atletiko”nun otel dəyişikliyini qiymətlə izah etdi

Dieqo Simeone “Atletiko Madrid”in Londonda oteli dəyişməsini xurafatla əlaqələndirməyib. O, yeni otelin daha ucuz olduğunu bildirib.

105

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone London səfərində komandanın oteli dəyişməsi ilə bağlı yayılan xurafat iddialarına zarafatla cavab verib. İngiltərə mətbuatı yazırdı ki, argentinalı mütəxəssis ötən payız “Arsenal”a 0:4 hesablı məğlubiyyət zamanı qaldıqları oteldə yenidən qalmaq istəməyib. Lakin Simeone bu versiyanı təsdiqləməyib və səbəbin daha sadə olduğunu bildirib: “Yeni otel daha ucuz idi. Ona görə dəyişdik”. 

“Arsenal” və “Atletiko” Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda Londonda üz-üzə gələcək. İlk qarşılaşma Madriddə 1:1 hesabı ilə başa çatıb, buna görə də “Emirates” stadionundakı oyun finala vəsiqə baxımından həlledici olacaq.

Simeonenin açıqlaması mətbuat konfransında gülüşlə qarşılanıb. Mütəxəssis əsas diqqətinin otel seçiminə yox, “Arsenal”la qarşıdakı oyuna yönəldiyini bildirib. İngiltərə mediası isə onun cavabını “xurafat iddialarına ən praktik cavab” kimi təqdim edib.

“Arsenal” baş məşqçisi Mikel Arteta da cavab oyunu öncəsi komandasının böyük motivasiya ilə hazırlaşdığını deyib. London klubu 2006-cı ildən bəri ilk dəfə Çempionlar Liqasının finalına çıxmaq istəyir, “Atletiko” isə 2016-cı ildən sonra yenidən final hədəfləyir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.