Şeynbaum İlon Maskı məhkəməyə verə bilər

Meksika Prezidenti Klaudiya Şeynbaum onu narkotik kartelləri ilə əlaqədə ittiham edən İlon Mask barəsində hüquqi tədbirlərin görülə biləcəyini açıqlayıb.

35

Meksikanın dövlət başçısı Klaudiya Şeynbaum, onu narkotik kartelləri ilə əlaqədə ittiham edən açıqlamalarına görə amerikalı milyarder İlon Mask barəsində hüquqi prosedura başlamağı nəzərdən keçirdiklərini bildirib.

Paytaxt Ankaradan yayılan xəbərlərə görə, bu açıqlama “X” sosial şəbəkəsində Maskın paylaşımına cavab olaraq səsləndirilib. Meksika mətbuatının yazdığına görə, Mask 2025-ci ilə aid bir videoya münasibət bildirərək Şeynbaumun ABŞ-nin narkotik qaçaqmalçılığı şübhəsi ilə apardığı əməliyyatları tənqid etdiyini və “o, sadəcə kartel başçılarının demək istədiklərini səsləndirir” ifadəsini işlədib.

Bunun ardınca Şeynbaum gündəlik mətbuat konfransında bildirib ki, Maskın açıqlamaları hüquqi qiymətləndirmə mərhələsindədir: “Biz müəyyən növ hüquqi addımlar atmağı düşünürük. Hazırda məsələni hüquqşünaslar araşdırır”.

Meksika prezidenti vurğulayıb ki, ölkə hökumətinin narkotik qaçaqmalçılığı ilə idarə olunması iddiası əsassızdır: “Bu iddia əvvəldən absurddursa, indi tamamilə öz ağırlığı altında çökür. Artıq nə uyduracaqlarını belə bilmirlər”.

Qeyd edək ki, son günlər Xalisko Yeni Nəsil Kartelinin (CJNG) lideri El Mençonun öldürülməsindən sonra Meksikanın müxtəlif bölgələrində şiddət hadisələri kəskin şəkildə artıb. Hadisələr nəticəsində, rəsmi məlumatlara görə, 25-i təhlükəsizlik qüvvələrinin əməkdaşı olmaqla ümumilikdə 73 nəfər həyatını itirib.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026