Səudiyyə Ərəbistanı İrana cavab zərbələrinə hazır olduğunu bildirib

"Bloomberg"-in məlumatına görə, Səudiyyə Ərəbistanı İranın enerji və su obyektlərinə hücumları davam edərsə cavab zərbələri endirməyə hazır olduğunu ABŞ-a çatdırıb. Yanbudakı SAMREF zavodu da hücumların hədəfi olub. 

7

Səudiyyə Ərəbistanı İran tərəfindən ölkənin kritik infrastrukturuna hücumların davam edəcəyi təqdirdə cavab zərbələri endirməyə hazır olduğunu ABŞ-a bildirib. Bu barədə Bloomberg” məlumat yayıb. 

Məlumata görə, xəbərdarlıq İran pilotsuz uçuş aparatlarının krallığın strateji obyektlərinə, o cümlədən Qırmızı dəniz sahilində yerləşən Yanbu limanı yaxınlığındakı SAMREF neft emalı zavoduna hücumlarından sonra edilib. “Reuters” də martın 19-da Yanbudakı SAMREF obyektinin hava hücumunun hədəfi olduğunu yazıb.

Bildirilib ki, Ər-Riyad xüsusilə enerji və su infrastrukturuna yönəlmiş hücumlardan narahatdır. İranın regiondakı gərginlik fonunda Fars körfəzi ölkələrindəki enerji obyektləri ilə yanaşı, duzsuzlaşdırma zavodlarını da hədəf kimi göstərməsi Səudiyyə Ərəbistanında təhlükəsizlik narahatlığını artırıb.

The Guardian” yazır ki, krallıq içməli su təminatının böyük hissəsini duzsuzlaşdırma zavodları hesabına qarşılayır və bu obyektlərə təhdidlər ciddi risk yaradır.

“Reuters”-in martın 21-də yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı İranın hərbi attaşesini və daha dörd diplomatik əməkdaşını ölkədən çıxarmaq qərarı verib. Həmin məlumatda Səudiyyə rəsmilərinin İranın hücumları davam edərsə, hərbi cavab vermək hüququnu özündə saxladığı qeyd olunur.

Bundan əvvəl İran tərəfi Körfəz ölkələrindəki enerji obyektlərinin boşaldılmasını tələb etmiş, regiondakı bir sıra sənaye və enerji məntəqələrinin hədəf ola biləcəyini bildirmişdi. “Reuters” yazır ki, Tehran xüsusilə SAMREF, Jubail, Al Hosn və Ras Laffan kimi obyektlərin adını çəkib.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026