Sülh Səudiyyə Ərəbistanı ilə münasibətlər üçün böyük fürsət olardı, lakin bu proses yalan üzərində qurula bilməz və Məkənin ən müqəddəs məkanlarında yəhudilərə qarşı nifrət dili səsləndirilməməlidir. Bu fikirlər israilli jurnalist Hananya Naftali tərəfindən yayımlanan məqalədə yer alıb.
Məqalədə qeyd olunur ki, Səudiyyə Ərəbistanının təhsil sistemində və din xadimləri tərəfindən səsləndirilən bəzi anti-yəhudi fikirlər regionda qarşılıqlı hörmət və sülh qurmağı çətinləşdirir. Məsələn, məqalədə sitat gətirilən məlumata görə, Məkkədə bir din xadimi yəhudilərlə bağlı ciddi nifrət ifadə edən dua oxuyub ki, bu da yalnız təhqiramiz deyil, həm də təhlükəli nəticələr doğura bilər.
Naftali vurğulayır ki, Səudiyyə Ərəbistanı rəhbərliyi apardığı islahatlarla radikal təbliğatçı din xadimlərini cəzalandırsa da, antisemitizmin köklü şəkildə aradan qaldırılması üçün daha dərin addımlar atılmalıdır. Onun sözlərinə görə, sülh yalnız diplomatik sazişlərlə deyil, həm də nifrət və stereotiplərin kökündən təmizlənməsi ilə mümkün ola bilər.
Müəllif hesab edir ki, regionun gələcək sülhü üçün Səudiyyə Ərəbistanı antisemitizmə qarşı ciddi cəza tədbirləri görməli, nifrət dili istifadə edənləri ifşa etməli və daha inklüziv, tolerant yanaşma nümayiş etdirməlidir.