Belaruslu musiqiçi Sergey Mixalok qiyabi keçirilən məhkəmə prosesində 4 il müddətinə azadlıqdan məhrum edilib.
MSNews.az xəbər verir ki, “Lyapis Trubetskoy” və “Brutto” qruplarının lideri Aleksandr Lukaşenkonun “təhqir edilməsi” və sosial ədavətin qızışdırılmasında təqsirli bilinib. Minsk Şəhər Məhkəməsində işə iyulun 29-da qiyabi qaydada baxılmağa başlanmışdı.
Bu barədə “Nastoyaşçeye Vremya” məlumat yayıb.
İttihamlar “Brutto” layihəsinin sosial şəbəkələrdə və “YouTube”da 2021–2022-ci illərdə yayımladığı, Lukaşenko, eləcə də Belarus və Rusiya təhlükəsizlik qüvvələrinin tənqid olunduğu paylaşımlarla əlaqələndirilib. “Meduza” daha əvvəl Mixalokun Belarus Cinayət Məcəlləsinin 130 və 368-ci maddələri ilə ittiham edildiyini bildirmişdi.