SEPAH rəsmisi: “Tramp atəşkəs üçün vasitəçilər axtarır”

SEPAH komandir müavini Ali Fadavi bildirib ki, Donald Tramp münaqişədə atəşkəs əldə etmək üçün müxtəlif ölkələrdən vasitəçilik xahiş edir.

34

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandir müavini Əli Fədavi ABŞ prezidenti Donald Trampın münaqişədə atəşkəs əldə olunması üçün vasitəçilik axtardığını iddia edib.

Fadavi bildirib ki, Tramp son günlər müxtəlif ölkələrə müraciət edərək atəşkəsin elan olunması üçün vasitəçi rolunu üzərlərinə götürmələrini xahiş edir.

SEPAH rəsmisinin sözlərinə görə, müharibədə üstün tərəf adətən atəşkəs təşəbbüsü ilə çıxış etmir. “Əgər düşmən müharibədə qalib gəlsəydi, o zaman bütün dünyadan atəşkəs üçün vasitəçi olmağı xahiş etməzdi”, – deyə o vurğulayıb.

Əli Fədavi əlavə edib ki, bu cür müraciətlər ABŞ tərəfinin mövcud vəziyyətdə çətinliklərlə üzləşdiyini göstərir. Onun fikrincə, Vaşinqton və müttəfiqləri hərbi əməliyyatların davam etməsinin mümkün nəticələrindən narahatdır.