SEPAH elan etdi: Hörmüz boğazı bağlandı

SEPAH-a aid olduğu bildirilən radio mesajda Hörmüz boğazında bütün gəmi hərəkətinin dayandırıldığı açıqlanıb. Qərarın qlobal enerji bazarına təsir edə biləcəyi qeyd olunur.

41

İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinə aid olduğu bildirilən ələ keçirilmiş radio mesajda Hörmüz boğazında gəmiçiliyin tam dayandırıldığı elan edilib.

Mesajda qeyd olunur: “Bu, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələridir. Dərhal qüvvəyə minməklə, Hörmüz boğazından bütün hərəkət qadağandır. Növbəti bildirişədək heç bir tip gəminin keçməsinə icazə verilmir. Rabitə bitdi!”

Hazırda rəsmi qurumlar tərəfindən məlumatın təsdiqi və ya əlavə detallarla bağlı açıqlama verilməyib. Hörmüz boğazı dünya enerji ticarəti üçün strateji əhəmiyyət daşıdığından, bu cür qərar qlobal bazarlara ciddi təsir göstərə bilər.