Senatda qara çarşaf gərginliyi

Avstraliyada senator Paulina Hanson Senat iclasında qara çarşafla iştirak edərək üzünü açıb və üzünü örtən geyimlərin qadağan olunmasını tələb edib, bəzi senatorlar və nazir onun hərəkətini tənqid edib.

118

Avstraliyada “Tək Vətən” Partiyasından olan senator Paulina Hanson Senat iclasında qara çarşafla iştirak edərək yenidən gündəmə gəlib.

Hanson iclas zamanı çarşafını çıxararaq, “Bu çarşafı çıxarmaqdan məmnunam. Parlamentdə çarşafın yeri yoxdur,” deyib. Üzü tam örtən geyimlərin ictimai məkanlarda qadağan olunmasını müdafiə edən Hanson, bu cür geyimlərin qadınların iş tapmasını çətinləşdirdiyini və Avstraliya cəmiyyəti ilə uyğunlaşma prosesini əngəllədiyini bildirib.

Hansonun bu hərəkətinə Senatdakı bəzi üzvlər reaksiya göstərib. Yeni Cənubi Uels senatoru Mehrin Faruqi Hansonun davranışını “irqçilik” adlandırıb, Qərbi Avstraliya Müstəqil senatoru Payman isə bunu “utancverici” hərəkət kimi qiymətləndirib.

Xarici İşlər Naziri Penni Uonq da Hansonun təşəbbüsünü tənqid edib. Qeyd edək ki, Hanson 2017-ci ildə də oxşar şəkildə senata çarşafla gəlmiş və eyni qadağa tələbi ilə çıxış etmişdi.