Sellülitə qarşı 14 günlük qəhvə və hindqozu yağı maskası: Gözəllik mütəxəssisinin resepti

Gözəllik mütəxəssisi Figen Aktos 14 günlük qəhvə, hindqozu yağı və kartof suyu qarışığı ilə sellülit problemini aradan qaldırmağın sirrini təqdim edir.

65

Gözəllik mütəxəssisi Figen Aktos bildirir ki, 14 gün fasiləsiz tətbiq edilən xüsusi qarışıq sellülit problemini aradan qaldıra bilər. Bunun üçün lazım olan materiallar qəhvə çəyirdəyi, hindqozu yağı və 1 ədəd kartofdur.

Çəkisi 50-70 kq arasında olan qadınlar 4 qaşıq üyüdülmüş qəhvə çəyirdəyi, 4 qaşıq hindqozu yağı və 1 ədəd rəndələnmiş kartofun suyunu qarışdıraraq krem halına gətirməlidirlər. Hazırlanan qarışıq sellülit olan hissələrə aşağıdan yuxarıya doğru masaj hərəkətləri ilə çəkilməlidir. Qarışıq dəridə 25 dəqiqə saxlanıldıqdan sonra yuyulmalıdır. Bu prosedura fasiləsiz olaraq 14 gün davam edildikdə, nəticədə dəridəki sellülit probleminin azaldığı müşahidə olunur.

Figen Aktos vurğulayır ki, resept düzgün tətbiq edildikdə dərinin görünüşü hamarlaşır və sellülit əlamətləri azalır. Həmçinin, qarışığın tərkibindəki təbii maddələr dərini nəmləndirir və qidalandırır.