Səid Cəlili İranın təhlükəsizlik şurasına rəhbər təyin edildi

Səid Cəlili İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin olunub. Bu dəyişiklik ölkənin təhlükəsizlik siyasətində mühüm addım sayılır.

71

İranda mühüm kadr dəyişikliyi baş verib. Səid Cəlili ölkənin Ali Milli Təhlükəsizlik Şurası katibi vəzifəsinə təyin olunub.

MSNews.az xəbər verir ki, bu təyinat İranın təhlükəsizlik və xarici siyasət kursunda mühüm rol oynayan qurumun rəhbərliyində dəyişiklik kimi qiymətləndirilir.

Qeyd edək ki, Ali Milli Təhlükəsizlik Şurası ölkənin müdafiə, təhlükəsizlik və strateji qərarlarının koordinasiyasında əsas orqanlardan biridir. Yeni katibin fəaliyyəti İranın regional və beynəlxalq siyasətinə təsir göstərə biləcək mühüm amillərdən biri hesab olunur.

Lakin bəzi mənbələr qeyd edir ki, seçim son anda Hüseyn Dehqanın xeyrinə dəyişdirilib və beləliklə, Təhlükəsizlik Şurasının katibi vəzifəsinə Hüseyn Dehqan təyin edilib.