SDQ komandiri Suriya müdafiə nazirinin müavini oldu

Suriya Demokratik Qüvvələrinin yüksək rütbəli komandiri Sifan Hamo Suriyanın müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib.

40

Suriyanın şimal-şərqində fəaliyyət göstərən kürd alyansının yüksək rütbəli komandirlərindən biri, Sifan Hamo Suriyanın müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib. Bu barədə regional mənbələr məlumat yayıb.

Məlumata görə, o, Suriya Demokratik Qüvvələrinin (SDQ) daxilində tanınmış hərbi fiqurlardan biridir və uzun müddət alyansın müxtəlif əməliyyatlarında iştirak edib.

SDQ Suriyanın şimal-şərqində fəaliyyət göstərən əsas kürd hərbi-siyasi koalisiyasıdır. Alyans 2015-ci ildə İŞİD-ə qarşı mübarizə məqsədilə ABŞ tərəfindən dəstəklənərək yaradılıb.

Koalisiyanın əsasını Xalq Müdafiə bitlikləriQadınları Himayə birlikləri adlı kürd silahlı dəstələri təşkil edir. Bununla yanaşı, alyansa ərəb, assur və türkmən silahlı qrupları da daxildir.