Sarı qarpızın faydaları təəccübləndirir

Sarı qarpızın faydaları: Çin mənşəli bu az kalorili, vitamin və minerallarla zəngin meyvə bağırsaq xərçənginin qarşısını alır, böyrəkləri təmizləyir, detoks effekt verir və diyeta üçün idealdır. Sarı qarpızın çəyirdəyindəki cucurbocitrin maddəsi böyrək funksiyalarını tənzimləyir və böyrək daşlarının ağrısız tökülməsinə kömək edir.

62

Əsasən, Çində yetişdirilən sarı qarpız faydaları ilə yanaşı, həm də çox dadlıdır. Çinlilərin sevimli meyvəsi olan sarı qarpız həmçinin bağırsaq xərçənginin qarşısını almaq özəlliyinə sahibdir. Eyni zamanda, qarpızın çəyirdəyinin içərisində olan “cucurbocitrin” adlı maddə böyrəyin funksiyalarını tənzimləyir. Az kalorili olan bu qarpız, kalsium, potasium, “B” və “C” vitamınləri ilə çox zəngindir. Həm yağsız olduğuna görə, həm də bol vitamin və mineral tərkibinə görə diyeta saxlayanlar üçün çox önəmlidir. İdrar gətirici olduğundan bədəndə olan artıq maddələri və qanı təmizləyir. Sarı qarpız həm də böyrək daşlarının və ya qumunun ağrısız tökülməsini, sümüyün inkişafını təmin edir.