Rusiyada qəribə biznes: Vətəndaşlar öd kisəsi daşlarını satışa çıxarırlar

Rusiyada əməliyyatdan sonra öd kisəsindən çıxarılan daşların satışı ilə bağlı onlarla elan yayılıb. Qiymətlər bir neçə min rubldan 100 min rubla qədər dəyişir. Daşların bəzək əşyası və xalq təbabəti üçün istifadə olunduğu iddia edilir.

173

Rusiya servislərində əməliyyatdan sonra öd kisəsindən çıxarılmış daşları satan insanların onlarla elanı peyda olub.

MSNews.az-ın xəbərinə görə, bu barədə “SHOT Proverka” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, qiymətlər kiçik nümunələr üçün bir neçə min rubldan tutmuş, “elit” daş üçün 100 000 rubla (2000 manatdan çox) qədər dəyişir.

Satıcının sözlərinə görə, “elit” daş “işıq saçır və parıldayır”. Bəziləri daşları “cəvahirat” adlandırır. Satışdan əldə edilən vəsaitləri rusiyalılar, həmçinin müalicəyə də xərcləməyi planlaşdırırlar. Paralel olaraq əlaqəli biznes də inkişaf edir: alıcılar qeyri-qanuni olaraq daşları Çinə ixrac etməyə başlayıblar və orada bu daşların xalq təbabətində istifadə olunduğu iddia edilir.

Baytarlıq klinikaları ev heyvanlarının sahiblərinə heyvanların daşlarını götürməyi və daşlardan bəzək əşyaları – təsbehlər, kulonlar və ya sırğalar hazırlamalarını təklif edirlər.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.