Rusiyada daha bir general həbs olundu

Rusiyada Baş Döyüş Hazırlığı İdarəsinin yüksək vəzifəli rəsmisi, general-mayor Sergey Nikituşkin həbs edilib. Onun barəsindəki cinayət işinin detalları hələ açıqlanmır.

75

Rusiyada Silahlı Qüvvələrin Baş Döyüş Hazırlığı İdarəsinin Tədris-Maddi Bazası İdarəsinin rəisi, general-mayor Sergey Nikituşkin həbs edilib. Moskvanın 235-ci Qarnizon Hərbi Məhkəməsinin qərarı ilə yüksək rütbəli hərbçi istintaq təcridxanasına göndərilib.

MSNews.az xəbər verir ki, məhkəmə sentyabrın 30-da Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin vəsatətinə baxıb. İstintaq Nikituşkinin azadlıqda qalacağı təqdirdə cinayət işinin araşdırılmasına mane ola biləcəyini əsas gətirərək onun həbsini istəyib. Müdafiə tərəfi isə daha yüngül qətimkan tədbirinin seçilməsini tələb edib.

Hazırda generalın hansı cinayətdə ittiham olunduğu və cinayət işinin konkret hansı faktlarla bağlı olduğu ictimaiyyətə açıqlanmayıb.

51 yaşlı Nikituşkin Rusiya-Ukrayna müharibəsinin iştirakçısıdır. O, general-mayor rütbəsini 2024-cü ilin dekabrında alıb. Məlumatlara görə, onun fəaliyyət istiqamətlərindən biri Rusiya ordusunun tank poliqonlarının modernləşdirilməsi olub.

Nikituşkinin çalışdığı Baş Döyüş Hazırlığı İdarəsi hərbi qulluqçuların hazırlığının təşkili, tədris-maddi bazanın inkişafı və qoşunların döyüş hazırlığı vasitələri ilə təmin edilməsinə cavabdehdir. İdarə həmçinin “Patriot” hərbi-vətənpərvərlik parkının fəaliyyətinə nəzarət edir.

“Patriot” parkı ilə bağlı əvvəlki cinayət işləri çərçivəsində Rusiya Müdafiə Nazirliyinin bir sıra keçmiş yüksək vəzifəli şəxsləri mühakimə olunub. Bununla belə, Nikituşkinin hazırkı həbsinin həmin işlərlə birbaşa əlaqəli olduğu barədə rəsmi məlumat yoxdur.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.