Rubio: “İran ballistik raketlər barədə danışmaqdan imtina edir”

ABŞ Dövlət katibi Marko Rubio İranın ballistik raket proqramı ilə bağlı danışıqlara qatılmaqdan imtina etdiyini və bunun nüvə danışıqları üçün ciddi problem yaratdığını bildirib.

40

ABŞ Dövlət katibi Marko Rubio İranın ballistik raket proqramı ilə bağlı danışıqlara qatılmaqdan imtina etdiyini iddia edərək bunu “böyük problem” adlandırıb.

ABŞ mətbuatının məlumatına görə, Rubio Karib hövzəsində yerləşən Sent Kitts və Nevisə səfəri zamanı verdiyi açıqlamada İranın, xüsusilə qısa mənzilli olmaqla, ABŞ-nin bölgədəki hərbi bazalarını və müttəfiqlərini hədəfə ala biləcək çoxsaylı ballistik raketlərə malik olduğunu bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri, QatarBəhreyndə yerləşən bütün ABŞ bazaları bu təhlükə dairəsinə daxildir. Rubio əlavə edib ki, İran eyni zamanda dəniz nəqliyyatını və ABŞ Hərbi Dəniz Qüvvələrini təhdid etməyə çalışan dəniz imkanlarına da sahibdir və bu silahların yalnız ABŞ-a və amerikalılara qarşı istifadə üçün nəzərdə tutulduğunu iddia edib.

Dövlət katibi bildirib ki, aparılacaq danışıqlar əsasən nüvə proqramına fokuslanacaq, lakin ballistik raket məsələsinin gündəmdən kənarda qalması ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, Prezidentin üstünlük verdiyi yol diplomatik irəliləyiş olsa da, İranın bu mövzuda ABŞ-la və ya başqa hər hansı tərəflə danışmaqdan imtina etməsi danışıqlar prosesini çətinləşdirir. Qeyd edək ki, İranABŞ arasında nüvə danışıqları İsrail və ABŞ-nin 2025-ci ilin iyununda İrana qarşı həyata keçirdiyi hücumlardan sonra dayanmış, daha sonra Türkiyə başda olmaqla region ölkələrinin təşəbbüsləri və Omanın vasitəçiliyi ilə yenidən bərpa edilmişdi. Tərəflər fevralın əvvəlində Omanda dolayı danışıqlara başlayıb, daha sonra Cenevrədə görüşləri davam etdirmiş və prosesin davam etdirilməsi barədə razılığa gəliblər. Danışıqlarda İranın uranı zənginləşdirmə səviyyəsi, yüksək zənginləşdirilmiş uran ehtiyatlarının taleyi və sanksiyaların mərhələli şəkildə ləğvi kimi məsələlər müzakirə olunur.