“Real”da yeni qalmaqal: iki futbolçunun valideynləri Peresə zəng edib

"COPE"-nin məlumatına görə, “Real Madrid”in iki futbolçusunun valideynləri Florentino Peresə zəng edərək övladları üçün daha çox oyun vaxtı tələb ediblər.

Madrid “Real”ında komanda daxilində gərginliklə bağlı daha bir iddia gündəmə gəlib. İspaniyanın “COPE” radiosunun “El Partidazo” proqramında yayılan məlumata görə, klubun iki futbolçusunun valideynləri şəxsən Florentino Peresə zəng edərək övladlarının daha çox oyun vaxtı almasını tələb ediblər.

Bu barədə məlumatı Mundo Deportivo” da “COPE”-yə istinadən yayıb.

Məlumatda söhbətin iki “beynəlxalq səviyyəli futbolçu”dan getdiyi bildirilir. “COPE” futbolçuların adlarını açıqlamayıb, yalnız onların birinin yarımmüdafiəçi, digərinin isə müdafiəçi olduğunu qeyd edib. Valideynlərin narazılığının əsas səbəbi futbolçuların mövsüm ərzində kifayət qədər dəqiqə qazanmaması olub.

İspaniya mediasında bəzi portallar bu profillər əsasında ehtimallar irəli sürsə də, ilkin “COPE” məlumatında futbolçuların adları rəsmi şəkildə göstərilməyib. “Madrid-Barcelona” nəşri də yazır ki, xəbər ad açıqlamadan yayımlanıb və yalnız oyunçu profilləri barədə ipucu verilib.

Bu iddia “Real”ın paltardəyişmə otağında gərgin atmosfer barədə xəbərlərin artdığı bir vaxtda ortaya çıxıb. “Mundo Deportivo” yazır ki, klub daxilində son aylarda mübahisələr və qeyri-adi hadisələr fonunda vəziyyət daha da həssaslaşıb. Valideynlərin birbaşa klub prezidentinə müraciət etməsi isə futbolçuların ətrafının komanda daxilindəki qərarlara təsiri mövzusunu yenidən müzakirəyə çıxarıb.

Hələlik “Real Madrid” bu iddia ilə bağlı rəsmi açıqlama yaymayıb. Məlumat media iddiası kimi təqdim olunur və futbolçuların kimliyi təsdiqlənmiş fakt kimi göstərilmir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.