“Rayo Valyekano” Strasburqa 180 nəfərlik heyətlə yollandı

“Rayo Valyekano” Konfrans Liqasının yarımfinal cavab oyunu üçün Strasburqa xüsusi çarter reysi ilə gedib. Təyyarədə futbolçular, ailə üzvləri, azarkeşlər və jurnalistlər daxil olmaqla təxminən 180 nəfər olub.

1

İspaniyanın “Rayo Valyekano” klubu UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyunu üçün Strasburqa xüsusi çarter reysi ilə yollanıb.

“Diario AS” nəşrinin məlumatına görə, komandanın heyətini daşıyan təyyarə Madriddəki Baraxas hava limanından saat 17:30 radələrində havaya qalxıb və saat 19:50-də Strasburqa enib. Səfərdə ümumilikdə təxminən 180 nəfər iştirak edib.

Təyyarədə futbolçularla yanaşı klub rəhbərliyi, ailə üzvləri, dostlar, azarkeşlər və media nümayəndələri də yer alıb. Səfərə “Rayo”nun sabiq futbolçusu Manuço da qatılıb və azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb. Bundan başqa, zədəli futbolçular və avrokubok siyahısına daxil edilməyən bəzi oyunçular da komanda ilə birlikdə Fransaya gediblər.

“Rayo Valyekano” cavab oyununa evdə qazandığı 1:0 hesablı üstünlüklə çıxacaq. UEFA-nın məlumatına görə, ilk görüşdə Madrid klubuna qələbə qazandıran qolu Alemão vurub. Cavab qarşılaşması Strasburqdakı “La Meinau” stadionunda keçiriləcək və qalib komanda Konfrans Liqasının finalına yüksələcək.

Nəşr yazır ki, Strasburqda “Rayo”nu təkcə komanda ilə eyni təyyarədə gedən azarkeşlər deyil, ümumilikdə 1600-dən çox fanat dəstəkləyəcək. Onların bir hissəsi Fransaya quru, hava və digər marşrutlarla yollanır. Klub üçün bu oyun tarixi əhəmiyyət daşıyır, çünki “Rayo Valyekano” avrokuboklarda ilk finalına çıxmaq şansı əldə edib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.