Qroznıda AZAL təyyarə qəzası qurbanlarının xatirəsinə memorial abidə açıldı

Qroznı şəhərində AZAL təyyarə qəzasında həlak olanların xatirəsinə abidə açılıb. Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri və AZAL rəhbərliyi iştirak edib.

59

AZAL-a məxsus təyyarənin kənar müdaxilələr nəticəsində Qazaxıstanda qəzaya uğramasının ildönümü ərəfəsində Çeçenistanın paytaxtı Qroznı şəhərində həlak olanların xatirəsinə memorial abidə açılıb. Məlumatı Çeçenistan rəhbəri Ramzan Kadırov paylaşıb.

Abidənin açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasim zamanı AZAL prezidentinə Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə medallar təqdim olunub. Həmin medallarla “Embraer 190” təyyarəsinin qəzaya uğraması zamanı sağ qalan bortbələdçilər Zülfüqar Əsədov və Aydan Rəhimli də təltif ediliblər. Ramzan Kadırov bildirib ki, onlar bu mükafata hələ ilin əvvəlində təqdim olunublar və göstərdikləri şücaət və cəsarət hər kəs tərəfindən yüksək qiymətləndirilir.

R.Kadırov vurğulayıb ki, xatirə abidəsinin açılışı çeçen və Azərbaycan xalqları arasında mövcud olan qardaşlıq, dostluq və mehriban qonşuluq münasibətlərinin daha bir bariz nümunəsidir.

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.