“Qiyamət radiostansiyası” 14 qəribə söz ötürdü

“Qiyamət radiostansiyası” kimi tanınan UVB-76 yenidən efirə çıxaraq bir sıra qəribə söz və rəqəm ardıcıllıqları yayımlayıb. Mesajların mənası hələlik rəsmi şəkildə açıqlanmayıb.

17

“Qiyamət radiostansiyası” kimi tanınan UVB-76 yenidən diqqət mərkəzinə düşüb.

MSNews.az xəbər verir ki, stansiyanın efirini izləyən “UVB-76 логи” monitorinq kanalının məlumatına görə, 24 iyunda radiostansiya bir neçə dəfə səsli mesaj yayımlayıb. Mesajlarda “Fritsotyutya”, “Makler”, “Dəstək”, “Bahar”, “Bitotyutya”, “Amidomayn”, “Zovopled”, “Vurdalak”, “Mazaniye”, “Mrakoşup”, “Kaloyed”, “Flyusobob”, “Doloxuk” və “Klyuvik” kimi sözlər səsləndirilib.

Hi-Tech Mail” yazır ki, UVB-76 iyunun 24-də ümumilikdə 20-yə yaxın şifrəli mesaj ötürüb. Bu, stansiya üçün adi günlərlə müqayisədə daha yüksək aktivlik kimi qiymətləndirilir.

Priyom.org” məlumatına əsasən, “The Buzzer” adı ilə də tanınan stansiya 4625 kHz tezliyində yayımlanır və uzun illərdir radiohəvəskarları tərəfindən izlənilir. Onun əsas efiri monoton siqnaldan ibarət olsa da, bəzən bu siqnal qısa söz və rəqəm ardıcıllıqları ilə kəsilir.

Bununla belə, yayımlanan sözlərin real mənası barədə rəsmi açıqlama yoxdur. “WIRED” qeyd edir ki, UVB-76 ətrafında müxtəlif iddialar mövcud olsa da, mesajların məzmunu indiyədək açıq mənbələrdə təsdiqlənmiş şəkildə deşifrə olunmayıb.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.