Qazax Dövlət Dram Teatrında “Bir gecənin nağılı” tamaşası nümayiş olundu

Qazax Dövlət Dram Teatrında 8 Mart münasibətilə Rövşən Ağayevin pyesi əsasında hazırlanan “Bir gecənin nağılı” tamaşası teatrsevərlərə təqdim olunub.

164

Qazax Dövlət Dram Teatrında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Rövşən Ağayevin eyniadlı əsəri əsasında hazırlanan “Bir gecənin nağılı” tamaşası növbəti dəfə səhnələşdirilib.

MSNews.az xəbər verir ki, martın 7-də Qazax Dövlət Dram Teatrında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Bir gecənin nağılı” tamaşası teatrsevərlərə təqdim olunub.

Teatr tamaşaçıları tərəfindən maraqla qarşılanan komediya janrında olan səhnə əsəri iki gəncin gecə saatlarında parkda təsadüfi qarşılaşması ilə başlayır. Hadisələrin inkişafı zamanı qəhrəmanların gündəlik həyatda qarşılaşdıqları çətinliklərə, qorxularına və daxili dünyalarına toxunulur.

Rövşən Ağayevin eyniadlı pyesi əsasında hazırlanan tamaşa əsasən gənc tamaşaçılar üçün nəzərdə tutulub. Əsərdə hadisələr bir sevgi hekayəsi üzərində qurulsa da, süjet xəttində cəmiyyətin və ailələrin üzləşdiyi aktual problemlər də ön plana çəkilir.

Tamaşada valideyn və övlad münasibətlərində yaranan anlaşılmazlıqlar, bu münasibətlərin ailədə şəxsiyyətin formalaşmasına təsiri və gənclərin sosial-psixoloji problemləri bədii formada təqdim olunur.

Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı isə Afiq Məmmədovdur.

Tamaşada rolları aktyorlar Rüfət Ömər və Zəmanə Dərviş ifa edirlər.