“QatarEnergy” qaz hasilatını dayandırdı

Dünyanın ən böyük LNG istehsalçısı QatarEnergy qaz hasilatını və bəzi neft-kimya məhsullarının istehsalını dayandırıb. Qərar fonunda Avropada qaz qiymətləri 35% artıb.

201

Qatarın dövlət enerji nəhəngi “QatarEnergy”, dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) istehsalçısı olaraq, qaz hasilatının dayandırıldığını açıqlayıb. Şirkət həmçinin neft emalı məhsullarının bir qisminin – o cümlədən karbamid (mochevina), polimerlər, metanol, alüminium və digər məhsulların istehsalını da müvəqqəti olaraq dayandırır.

Daha əvvəl yayılan məlumatlara görə, şirkət hücumdan sonra Ras Laffan sənaye zonasındakı LNG zavodunda istehsalı dayandırmışdı.

Böyük Britaniyanın nüfuzlu nəşri Financial Times” bu qərarı “presedentsiz addım” adlandıraraq, bunun Avropa və Asiyada treyderlər arasında ciddi narahatlıq yaratdığını vurğulayıb. Qəzet yazır ki, bu, Yaxın Şərqdə gərginliyin artması fonunda qlobal iqtisadiyyat üçün “ilk real təhlükə” hesab olunur.

Eyni zamanda, Reuters” agentliyinin məlumatına görə, regiondakı qarşıdurma fonunda Avropada birja qaz qiymətləri sürətlə artaraq 35%-ə qədər yüksəlib və hazırda min kubmetr üçün 750 ABŞ dollarını ötüb.

Enerji bazarlarında yaranmış bu vəziyyət qlobal təchizat zəncirinə, sənaye istehsalına və xüsusilə Avropa ölkələrinin enerji təhlükəsizliyinə ciddi təsir göstərə bilər.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.