“Qarabağ” Futbol Klubu gənc futbolçusu Nəriman Axundzadənin ABŞ-nin MLS təmsilçisi “Kolumbus Kryu” (Columbus Crew) klubuna mümkün transferi ilə bağlı rəsmi açıqlama yayıb.
MSNews.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb. Açıqlamada bildirilir ki, “Qarabağ” ilə “Kolumbus Kryu” arasında aparılan danışıqlar yekun mərhələyə çatıb və tərəflər arasında razılıq əldə olunub.
“Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəflə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilmişdir. Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaqdır”, – deyə klubun yaydığı məlumatda qeyd olunub.
Qeyd edək ki, Nəriman Axundzadə “Qarabağ”ın əsas heyətində göstərdiyi stabil çıxışı ilə diqqət çəkib və onun MLS-ə transferi Azərbaycan futbolçularının ABŞ çempionatına çıxışı baxımından mühüm addım hesab olunur.