“Qarabağ” Kiyev “Dinamo”suna məğlub oldu

“Qarabağ” Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Kiyev “Dinamo”suna 1:0 hesabı ilə uduzub. Cavab görüşü avqustun 13-də keçiriləcək.

76

“Qarabağ” UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Kiyev “Dinamo”suna 1:0 hesabı ilə məğlub olub.

MSNews.az xəbər verir ki, Polşanın Lyublin şəhərindəki “Arena Lyublin” stadionunda keçirilən qarşılaşmanın yeganə qolunu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.

Ağdam təmsilçisi matçın son dəqiqələrində Cəbrail Makreckisin qırmızı vərəqə alması ilə görüşü azlıqda başa vurub.

Komandalar arasındakı cavab oyunu avqustun 13-də keçiriləcək. “Qarabağ” növbəti mərhələyə yüksəlmək üçün bir topluq fərqi aradan qaldırmalıdır.