“Qarabağ” FK bu gecə Çempionlar Liqasında “Liverpul”la üz-üzə

“Qarabağ” FK UEFA Çempionlar Liqasının liqa mərhələsində son oyununu bu gecə “Enfild Roud”da “Liverpul”a qarşı keçirəcək.

81

“Qarabağ” FK bu gecə UEFA Çempionlar Liqasının liqa mərhələsində son oyununa çıxacaq. Ağdam təmsilçisi Avropanın və İngiltərənin ən titullu klublarından biri olan “Liverpul”la qarşılaşacaq.

Matç yanvarın 29-da, Bakı vaxtı ilə saat 00:00-da Liverpul şəhərində yerləşən “Enfild Roud” stadionunda keçiriləcək. Qarşılaşmanı slovakiyalı FIFA referisi İvan Kruzliak idarə edəcək.

Çempionatın geridə qalan 7 turundan sonra “Liverpul” 15 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Qarabağ” isə 10 xalla 18-ci yerdədir. İngiltərə təmsilçisinin ilk səkkizliyə vəsiqə qazanacağı şübhə doğurmasa da, Ağdam klubu ilk 24-lükdə yer almaq üçün bu çətin səfər oyununda maksimum nəticə əldə etməyə çalışacaq.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.