“Qarabağ” FK bu gecə UEFA Çempionlar Liqasının liqa mərhələsində son oyununa çıxacaq. Ağdam təmsilçisi Avropanın və İngiltərənin ən titullu klublarından biri olan “Liverpul”la qarşılaşacaq.
Matç yanvarın 29-da, Bakı vaxtı ilə saat 00:00-da Liverpul şəhərində yerləşən “Enfild Roud” stadionunda keçiriləcək. Qarşılaşmanı slovakiyalı FIFA referisi İvan Kruzliak idarə edəcək.
Çempionatın geridə qalan 7 turundan sonra “Liverpul” 15 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Qarabağ” isə 10 xalla 18-ci yerdədir. İngiltərə təmsilçisinin ilk səkkizliyə vəsiqə qazanacağı şübhə doğurmasa da, Ağdam klubu ilk 24-lükdə yer almaq üçün bu çətin səfər oyununda maksimum nəticə əldə etməyə çalışacaq.