Qara dənizdə tankerə PUA hücumu – Türkiyə sahillərində vəziyyət gərginləşir

Qara dənizin Türkiyə sahillərində Palau bayraqlı “Elbus” neft tankeri PUA hücumuna məruz qalıb. Ekipaj zərər görməyib, gəmi İnebolu limanına çəkilib. 

205

Qara dənizin Türkiyə sahillərinə yaxın ərazidə Rusiyaya doğru hərəkət edən Palau bayraqlı “Elbus” neft tankeri dron hücumuna məruz qalıb. Hadisə 08 yanvar 2026-cı il tarixində baş verib.

Tankerin göyərtəsində təxminən 25 nəfərlik ekipaj var idi və heç kim xəsarət almayıb. Gəmi fövqəladə yardım çağırışı göndərdikdən sonra Türkiyə Sahil Mühafizəsinin dəstəyi ilə İnebolu limanına çəkilib və zərərin dərəcəsi öyrənilir.

Hadisə ilə əlaqədar hələlik heç bir təşkilat hücumun məsuliyyətini öz üzərinə götürməyib və hücumun arxasında hansı qüvvələrin olduğu barədə məlumat yoxdur. Tankerin hədəfə alınması ilə bağlı ilkin qiymətləndirmələr dron vasitəsilə edilən hücum üzərində cəmlənib.

Bu, son aylarda Qara dənizdə neft tankerlərinə qarşı qeydə alınan bir neçə hücumdan biridir və bölgədə gərginliyin artırdığına dair narahatlıqları gücləndirib.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.