Qanalı “cadugər” Rusiya millisinə kömək vəd edib

Harri Keynə “lənət” oxuduğunu iddia edən qanalı Nana Kvaku Bonsam Rusiya millisinin beynəlxalq turnirlərə qayıtmasına kömək etmək istədiyini bildirib.

12

Harri Keynə “lənət” oxuduğunu iddia edən qanalı spiritualist Nana Kvaku Bonsam Rusiya millisinin beynəlxalq turnirlərə qayıtmasına kömək edəcəyini bildirib.

MSNews.az xəbər verir ki, “Odds.ru”ya müsahibəsində Bonsam Rusiya millisindən qadağanın götürülməsi üçün “əlindən gələni edəcəyini” deyib. O, gələcəkdə Rusiya yığmasının dünya çempionatında iştirak edə bilməsi üçün “ruhani iş” görəcəyini iddia edib.

Bonsam açıqlamasında Rusiya və Qananı “vahid bütün” adlandırıb. “Sports.ru” onun Rusiya Prezidenti Vladimir Putin haqqında da müsbət fikirlər səsləndirdiyini yazıb.

Qanalı spiritualist daha əvvəl DÇ-2026-da İngiltərə millisinin kapitanı Harri Keynə “lənət” oxuduğunu iddia etməsi ilə gündəmə gəlmişdi. “Reuters”in məlumatına görə, Bonsam Qana ilə oyundan əvvəl Keynin qol vurmasına mane olmaq üçün “sehr etdiyini” bildirmiş, qarşılaşma 0:0 başa çatdıqdan sonra isə həmin “lənəti” götürdüyünü açıqlamışdı.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti