Putin Prezident alayına Jukov ordenini təqdim etdi

Rusiya Prezidenti Vladimir Putin Federal Mühafizə Xidmətinin Prezident alayına Jukov ordenini təqdim edib. Mərasim Kremlin Georgi zalında keçirilib.

10

Rusiya Prezidenti Vladimir Putin Federal Mühafizə Xidmətinin Prezident alayına Jukov ordenini təqdim edib.

MSNews.az xəbər verir ki, Rusiya Prezidentinin rəsmi saytı mərasimin Böyük Kreml Sarayının Georgi zalında keçirildiyini bildirib.

Mərasimdə Putin Jukov ordenini Prezident alayının döyüş bayrağına taxıb. Tədbirdə Federal Mühafizə Xidmətinin rəhbərliyi, xidmət veteranları və Prezident alayının hərbçiləri iştirak ediblər.

TASS yazır ki, yüksək dövlət mükafatı Prezident alayına onun 90 illiyi münasibətilə təqdim olunub. Ordenin təqdimatından sonra alayın hərbçiləri mükafatı üçqat “ura” sədaları ilə qarşılayıblar.

Putin çıxışında Prezident alayının Kremlin və digər mühüm dövlət obyektlərinin mühafizəsində rolunu vurğulayıb. O bildirib ki, “Rusiyanın ürəyi” adlandırdığı Moskva Kremlinini qorumaq məhz bu alaya etibar edilib.

Prezident alayı Federal Mühafizə Xidmətinin tərkibində fəaliyyət göstərir. Alay Moskva Kremlinin mühafizəsi, dövlət protokolu tədbirlərində iştirak və ali dövlət rəsmilərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı vəzifələr yerinə yetirir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti