Putin ağır cinayətlərə görə məhkumların orduya qəbuluna icazə verib

Vladimir Putin banditizm, narkotik qaçaqmalçılığı və digər ağır cinayətlər üzrə məhkum olunan şəxslərin xüsusi dövrlərdə Rusiya ordusu ilə müqavilə bağlamasına icazə verən qanunu imzalayıb.

101

Rusiya Prezidenti Vladimir Putin bir sıra ağır cinayətlərə görə məhkum olunan şəxslərin Müdafiə Nazirliyi ilə hərbi xidmət müqaviləsi bağlamasına icazə verən qanunu imzalayıb.

MSNews.az xəbər verir ki, “İnterfaks” qanunun səfərbərlik, hərbi vəziyyət və müharibə dövründə tətbiq ediləcəyini yazır. Dəyişiklik banditizm, cinayətkar birlikdə iştirak, narkotik və silah qaçaqmalçılığı, qanunsuz miqrasiyanın təşkili, nüvə materialları ilə qanunsuz rəftar və dövlət sirri olan sənədlərin itirilməsi kimi maddələri əhatə edir.

“The Moscow Times” bildirir ki, Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik həmin şəxslərin çoxunun hücum bölmələrinə göndəriləcəyini deyib: “Onların hamısı geri qayıtmayacaq”. Müdafiə Nazirliyi isə onların xüsusi bölmələrdə və gücləndirilmiş nəzarət altında xidmət edəcəyini açıqlayıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.