“PSJ”də qapıçı böhranı: Safonov əsas seçimə çevrilib

"L’Equipe"-in məlumatına görə, PSJ-də Matvey Safonov əsas qapıçıya çevrilib, Lukas Şövalye isə mövqeyini və millidə yerini itirə bilər.

9

Fransanın məşhur nəşri “L’Équipe”-in jurnalisti Xose Barroso “PSJ” klubunda qapıçı vəziyyəti ilə bağlı diqqətçəkən məlumatlar paylaşıb.

Məlumata görə, rusiyalı qapıçı Matvey Safonov hazırda Paris klubunda şərtsiz əsas seçim sayılır. Bildirilir ki, klub yay transfer pəncərəsində ona gələcək təklifləri nəzərdən keçirməyi belə planlaşdırmır və onu heç bir məbləğ qarşılığında satmaq niyyətində deyil.

Digər tərəfdən, fransalı qolkiper Lukas Şövalye üçün vəziyyət daha mürəkkəb görünür. İddialara görə, o, əsas heyətdə yerini itirə bilər və bu da onun Fransa millisinə çağırılmasına mənfi təsir göstərə bilər. Hətta qarşıdan gələn dünya çempionatı perspektivində milli komandadakı mövqeyini risk altına saldığı qeyd olunur.

Eyni zamanda, xəbərdə vurğulanır ki, “PSJ”nin yayda Şövalyeni əvvəl aldığı məbləğə – təxminən 50 milyon avroya satması da real görünmür.