“PSJ” haqqında “Netflix” üçün hazırlanan sənədli serialın taleyi sual altına düşüb.
“L’Équipe“ yazır ki, layihə klub daxilində fikir ayrılığı və məhdud çəkiliş imkanları səbəbindən dayanıb. Nəşrin məlumatına görə, baş məşqçi Luis Enrike kameraların komanda üzərində əlavə təzyiq yaratmasını istəmir və oyunçuların gündəlik həyatına müdaxiləyə qarşı çıxır.
Məqalədə qeyd olunur ki, Luis Enrike xüsusilə mövsümün həlledici hissəsində oyunçuların diqqətinin yayınmasını risk hesab edir. “L’Équipe”də yer alan prodüser şərhinə görə, ispan çalışdırıcı əvvəllər öz sənədli layihəsini etdiyi üçün belə bir serialın futbolçuların şəxsi həyatına və problemlərinə həddən artıq daxil olmasının qələbə şansına mənfi təsir edə biləcəyini düşünür. Bu baxımdan layihənin tam dayandırıldığı yox, gələcək formatı ilə bağlı qərarın hələ verilmədiyi görünür.