Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də Qazaxıstana işgüzar səfərə gəlib.

78

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Qazaxıstan Respublikasına işgüzar səfərə gəlib. Dövlət başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcək. 

Türküstan şəhərinin Hazret Sultan Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Qazaxıstanın Dövlət müşaviri Yerlan Karin, Türküstan vilayətinin akimi Nuralxan Kuşerov və digər rəsmi şəxslər qarşılayıblar.

TDT-nin qeyri-rəsmi Zirvə görüşü mayın 15-də Qazaxıstanın Türküstan şəhərində keçirilir. Təşkilatın məlumatına görə, sammit “Süni intellekt və rəqəmsal inkişaf” mövzusuna həsr olunub.

Türküstanın Türk dünyasının mənəvi paytaxtı kimi seçilməsi Zirvə görüşünə xüsusi simvolik əhəmiyyət verir. Tədbirdə türk dövlətləri arasında siyasi dialoq, rəqəmsallaşma, süni intellekt, iqtisadi əməkdaşlıq və regional layihələrin genişləndirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930