Prezident İlham Əliyev dörd ölkənin yeni səfirlərinin etimadnamələrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da İndoneziya, Yunanıstan, Norveç və Avstraliyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.

133

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da İndoneziya Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helminin, Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maria K. Papakonstantinusun, Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andreas Qaarderin, həmçinin Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Salli-Ann Vinsentin etimadnamələrini qəbul edib.

Görüşlər zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları vurğulanıb.

Prezident İlham Əliyev səfirləri yeni vəzifələrinə başlamaları münasibətilə təbrik edərək, Azərbaycan ilə adıçəkilən ölkələr arasında əlaqələrin bundan sonra da qarşılıqlı hörmət və maraqlar əsasında inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
28 aprel 2026