Prezident hərbi xidmətlə bağlı SƏRƏNCAM imzaladı

Azərbaycan Prezidenti 2026-cı il aprelin 1-dən 30-dək vətəndaşların həqiqi hərbi xidmətə çağırılması və müddətli hərbi qulluqçuların ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

345

Azərbaycan Respublikasının Prezidenti 23 fevral 2026-cı il tarixində vətəndaşların 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək 18 yaşını tamamlayan, habelə 1996–2007-ci illərdə doğulmuş, 30 yaşadək Azərbaycan vətəndaşları, Silahlı Qüvvələrdə xidmət keçməmiş və çağırışdan möhlət hüququ olmayan şəxslər 2026-cı il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılacaqlar.

Müddətli həqiqi hərbi xidmət müddətini başa vurmuş hərbi qulluqçular 2026-cı il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaq.

Nazirlər Kabineti sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirəcək.

Bu qərar Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətinin komplektləşdirilməsi və hərbi hazırlığın təmin edilməsi məqsədini daşıyır.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.